Ronaldinyu evlənmək istəyir
Braziliyalı futbol ulduzu Ronaldinyu evlənmək istəyir. İdman.com.az saytının məlumatına görə, 32 yaşı olmasına baxmayaraq, o, hələ də subaydır. «Flamenqo»nun yarımmüdafiəçisi «Globo» telekanalına müsahibəsində deyib:

«Mən evlənməyi çox istəyirəm. Həmişə xoşbəxt nigah, uşaqla dolu ev arzulamışam. Lakin mənim hələ nişanlım yoxdu. Heç cür özümə həyat yoldaşı tapa bilmirəm. Ümumiyyətlə, bunun nə vaxt baş verəcəyini bilmirəm. Digər tərəfdən mənə tək olmaq yaxşıdı. Heç kəs göstəriş vermir, istədiyimi edirəm. Lakin gələcəkdə, yəqin ki, başqa cür düşünəcəyəm».

Xəbər 1079 dəfə oxundu.