İtaliyanın “Milan” klubu Türkiyə milli komandasının futbolçusunu transfer edib
“Milan” klubu Türkiyə milli komandasının futbolçusu Hakan Çalhanoğlunu transfer edib.

İtaliyaya yollanaraq “Milan”da tibbi müayinədən keçən 23 yaşlı yarımmüdafiəçi dördillik müqaviləyə imza atıb.

İtaliya təmsilçisi futbolçunu heyətinə qatmaq üçün Hakan Çalhanoğlunun çıxış etdiyi “Bayer Leverkusen” klubuna 20 milyon avro ödəməyə razılaşıb. Ancaq Türkiyə millisinin üzvü çıxışına görə, Almaniya klubunda daha dörd milyon avro bonus qazana bilər. Oyunçunun yeni komandasında illik məvacibi 2,5 milyon avro olacaq.

Qeyd edək ki, ötən mövsüm Bundesliqada 15 oyunda meydana çıxan yarımmüdafiəçi 6 qol vurub və 5 məhsuldar ötürmə verib.

Xəbər 562 dəfə oxundu.