Universiadanın qalibi olan Azərbaycan Tibb Universitetinin idmançılarına kubok təqdim olunub
Ölkəmizin 25 ali məktəbinin tələbələri arasında idmanın 14 növü üzrə keçirilən universiadada Azərbaycan Tibb Universitetinin idman klubu komanda hesabında 370 xal toplayaraq birinci yerə çıxıb.

Tədris müəssisəsində keçirilən cari ilin son elmi şurasında universitetin rektoru, professor Gəray Gəraybəyli bu barədə danışaraq, idmançılara təbriklərini çatdırıb.

Rektor onların əməyini yüksək qiymətləndirərək kuboku idmançı tələbələrə təqdim edib.

İdman klubunun sədri, professor Kamal Kəbirlinski yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Sonra universiadanın super kuboku universitetin rəhbərinə təqdim olunub.

Xəbər 545 dəfə oxundu.