Azərbaycan – Rusiya matçı balkanlılara tapşırılıb
Futzal üzrə dünya çempionatının pley-off mərhələsində keçiriləcək Azərbaycan – Rusiya oyunlarının hakimləri müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, yığmamızın taleyi Sloveniya və Çex Respublikasından olan hakimlərə tapşırılıb. Belə ki, komandamızın hər 2 oyununda şərqi avropalılar iş başında olacaq.

Martın 27-də Bakıda keçiriləcək ilk qarşılaşmada sloveniyalılar Borut Şiviç və Dejan Nikoliç fit çalacaq. Aprelin 9-da Tümendə baş tutacaq cavab oyununda isə çexlilər - Karel Henix və Yan Kresta ədaləti qoruyacaqlar.

Xəbər 922 dəfə oxundu.