Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Belarusda üçüncü yeri tutub
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Belarusun Vitebsk şəhərində təşkil edilmiş beynəlxalq turnirdə üçüncü yeri tutub.

İlk oyunda Türkiyə yığmasına 1:2 hesabı ilə məğlub olan millimiz ikinci qarşılaşmada litvalı futbolçuları məğlub edib – 7:3. Komandamız son oyunda Belarus yığmasına 3:4 hesabı ilə uduzub.

Xəbər 550 dəfə oxundu.