Bu gün onuncu FIFA Konfederasiyalar Kuboku turnirinin qalibi müəyyənləşəcək
Rusiyanın ev sahibliyi etdiyi onuncu FIFA Konfederasiyalar Kuboku turnirinə bu gün yekun vurulacaq.

Turnirin sonuncu günündə iki oyun keçiriləcək. Üçüncü yer uğrunda görüşdə Portuqaliya və Meksika, final qarşılaşmasında isə Çili və Almaniya yığma komandaları üz-üzə gələcəklər.

Portuqaliya-Meksika görüşü Bakı vaxtı ilə saat 16:00-da oynanılacaq. Matç Moskvadakı “Spartak” stadionunda keçiriləcək.

Sankt-Peterburq şəhər stadionunda keçiriləcək Çili-Almaniya qarşılaşması isə Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Almaniya finala gedən yolda Meksikanı 4:1 hesabı ilə məğlub edib. Çili isə Portuqaliya millisinə 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlib – 3:0.

Xəbər 604 dəfə oxundu.