Yarımçıq qalan oyun
Həftəsonu İngiltərə Kubokunda 4 oyun keçirilib. İdman.com.az saytının məlumatına görə, onlardan biri başa çatmayıb. Belə ki, «Tottenhem»lə «Bolton»un qarşılaşması 42-ci dəqiqədə yarımçıq dayandırılıb. «Bolton»un 23 yaşlı yarımmüdafiəçisi Fabris Muamba meydanın mərkəzində yerə yıxılıb.

Huşunu itirmiş futbolçunu xərəkdə tibbi maşına çatdıraraq xəstəxanaya apardıblar. Matçın hakimi Hovard Uebb isə oyunun dayandırılması və təxirə salınması qərarını verib. Hazırda «London Chest Hospital»da yatan futbolçunun vəziyyəti ağırdır.

Xəbər 1253 dəfə oxundu.