Azərbaycandan 16 şahmatçı III Batumi Bələdiyyə Kubokunda iştirak edir
Bu gün Gürcüstanda şahmat üzrə III Batumi Bələdiyyə Kuboku başlayır. Yarışın proqramına on müxtəlif turnir daxildir.

Open “A” turnirində on qrossmeyster mübarizə aparır. Festivalda 15-dən çox ölkədən 150 şahmatçı iştirak edir. Azərbaycanı 16 şahmatçı, o cümlədən beynəlxalq dərəcəli usta Nərmin Məmmədova, FIDE ustaları Maqomed Muradlı, Altay Eynullayev, habelə Təbriz İdrisov, Rəşad Zeynallı, Vüsal Abbasov, Müşfiq Əsgərov, Babək Cəfərli, Amil Abbasov, Çingiz Rzayev, Təbriz Dəmirbəyli, Mustafa Məmmədov, Ağazahir İlyaslı və başqaları təmsil edir.

III Batumi Bələdiyyə Kuboku İsveçrə sistem üzrə keçirilir və 9 turdan ibarətdir.

Xəbər 594 dəfə oxundu.