Yunan-Roma güləşçiləri Avropa çempionatında mübarizəyə qoşulublar
Almaniyanın Dortmund şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kiloqram çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Xalça üzərinə bu çəkilərdə 4 Azərbaycan güləşçisi çıxır – Zülfüqar Əliyev (50 kq), Kamran Mirzəliyev (60 kq), Ülvi Qənizadə (74 kq) və Seyidməhəmməd Ömərov (94 kq).

Xəbər 1126 dəfə oxundu.