“Qəbələ” klubu Avstriyanın “Qrodiq” komandasını böyük hesabla məğlub edib | |
Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Zalsburq bölgəsində təşkil olunan hazırlığın ikinci mərhələsinin ilk qarşılaşmasında yerli “Qrodiq” klubu ilə üz-üzə gəliblər. “Qəbələ” oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alsa da, avstriyalıların müqavimətini yalnız ilk yarının ortalarında qıra bilib. Matçın 24-cü dəqiqəsində Stiven Monroz fərqlənib. Fasiləyədək komandamız hesabı artırmağa da nail olub. İlk qoldan 13 dəqiqə sonra Ürfan Abbasov rəqib qapısına yol tapıb. İkinci hissəyə “Qəbələ” qolla başlayıb. Qarşılaşmanın 47-ci dəqiqəsində Asif Məmmədov fərqlənib. Bir dəqiqə sonra Xavyer Ernandes Qonzales hesab arasındakı fərqi artırıb. A.Məmmədov 56-cı dəqiqədə dubl müəllifi olsa da, iki dəqiqə sonra Araz Abdullayev penaltini dəqiq yerinə yetirib. Fərid Nəbiyevin 75-ci dəqiqədəki qolu matçda sonuncu olub – 7:0. Beləliklə, “Qəbələ” ikinci təlim-məşq toplanışına böyük hesablı qələbə ilə başlayıb. |
|
Xəbər 568 dəfə oxundu. |
|
|