Təqvim bəllidir
Qadın voleybolçular arasında Bakıda keçiriləcək Avropa Çempionlar Liqasının “dördlər finalı”nın təqvimi dəqiqləşib. İdman.com.az saytının məlumatına görə, Türkiyənin “Fənərbağça”, İtaliyanın “Villa Kortese”, Rusiyanın “Dinamo” (Kazan) və Fransanın “Kann” klublarının qatılacağı həlledici mərhələ martın 24-də saat 16:30-da start götürəcək.

Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək turnirin final görüşü isə bir gün sonra saat 19:00-da başlayacaq (Qeyd edək ki, Azərbaycanın “Azərreyl” və “Rabitə” komandaları 1/4 finalda mübarizəni dayandırıblar).

24 mart
Yarımfinallar
16:00. “Kann” – “Villa Kortese”
19:30. “Fənərbağça” – “Dinamo”

25 mart
Üçüncü yer uğrunda
16.00. Yarımfinallarda məğlub olanlar

Final
19:00. Yarımfinalda qalib gələnlər

Xəbər 1031 dəfə oxundu.