Şaolin döyüş sənəti üzrə Bakı turnirinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 111 nömrəli orta məktəbin idman zalında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş şaolin döyüş sənəti üzrə paytaxt turniri keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, turnirdə 8 klub və idman cəmiyyətini təmsil edən 115 idmançı mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Abbas Paşayev, Həbib Babayev, Fazil Süleymanlı, Ömər Abdullazadə, Cəfər Əliyev, Rafiq Mirzəyev, Nicat Həşimov, Əli Əliyev, Beyrək Bəkirzadə, Fərid Əliyev, Yəhya Əliyev, Nihad İbrahimov, Məhəmməd Osmanov, Asiman Poladov və Rəhim Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 496 dəfə oxundu.