Bakının "İnter" klubu Serbiyada yerli "Mladost" komandası ilə qarşılaşır
Bakının "İnter" futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Bakı təmsilçisi səfərdə Serbiyanın "Mladost" komandasının qonağıdır.

Mladost stadionunda start götürən oyunu rusiyalı hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Aleksey Matyunindir. Ona həmyerliləri Aleksey Lunev və Anton Kobzev kömək edirlər. Dördüncü hakim funksiyasını Yevgeni Turbin yerinə yetirir.

Qarşılaşmanın hakim-inspektoru ispaniyalı Bernardino Qonzales Vaskes, UEFA nümayəndəsi isə Paolo Rondellidir (San-Marino).

Xəbər 567 dəfə oxundu.