“TAC” şirkəti yarış zamanı Azərbaycan Qran Prisinin marşallarını “Aquavita” suaları ilə təmin edib
Mineral su istehsalçısı “TAC MMC” şirkəti 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində yarışın marşallarını yerli “Aquavita” suaları ilə təmin etməklə Bakı Marşal Klubuna dəstək göstərib.

“Milyonlarla izləyicisinin olduğu irimiqyaslı yarışların Azərbaycanda keçirilməsi ölkəmiz adına böyük uğurdur. İldən-ilə Azərbaycanda avtoidmana maraq getdikcə artır və hər il çox sayda yerli vətəndaş yarışlarda marşal olmaq üçün müraciət edirlər. Biz hər bir marşala öz dəstəyimizi göstərdiyimiz üçün çox şadıq və Bakıda keçirilmiş idman festivalının bir parçası olduğumuza görə ayrıca qürur duyuruq” – deyə “TAC” şirkətinin prezidenti Fuad Mehdiyev bildirib.

2017 Formula 1 Dünya Çempionatının 8-ci mərhələsi olan Bakı yarışı yay fəslinə təsadüf etdi. Bir qayda olaraq marşallar yarış həftəsonunda gün ərzində bir neçə saat isti günəşin altında işlərini icra edirlər, bu səbəbdən onlar təmiz suya çox ehtiyac duyurlar. Mineral duzlar və mikro elementlərdən ibarət unikal tərkibə malik “Aquavita” suları insan orqanizminin sağlamlığını və formda qalmasını təmin edir.

“Aquavita” suları Azərbaycanın gözəl güşələrindən olan Xaçmaz rayonunun Şuşaqışlaq kəndinin ekoloji cəhətdən təmiz meşəlik ərazisində yerin 420 metr dərinliyindən artezian vasitəsilə çıxarılır. Bu məkan bioloji və kimyəvi çirklənmədən etibarlı şəkildə qorunmuş xüsusi zonadır.

“Aquavita” suları “TAC” şirkətinin əsas dəyəri olan sağlam həyat tərzini dəstəkləyir və bu baxımdan bir neçə idman klubu və tədbirləri ilə əməkdaşlıq edir.

“TAC” şirkəti 20 il əvvəl qurulub. Şirkətin mükəmməl dada və gözəl tərkibə malik məhsullarının istehsalında yüksək keyfiyyətli xam maddələrdən və texnoloji yeniliklərdən istifadə olunur və eyni zamanda bu prosesdə su tərkibinin zənginləşdirilməsinə dair Rusiya, Almaniya, Fransa və Türkiyədən olan təcrübəli mütəxəssislər də yaxından iştirak edirlər.

Xəbər 650 dəfə oxundu.