UEFA Avropa Liqası: Bakının “İnter” komandası Serbiyanın “Mladost” klubunun qonağı olacaq
Bu gün Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.

Bakı təmsilçisi səfərdə Serbiyanın “Mladost” komandasının qonağı olacaq.

Bakı vaxtı ilə saat 22:30-da Mladost stadionunda start götürəcək oyunu rusiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Aleksey Matyunin olacaq. Ona həmyerliləri Aleksey Lunev və Anton Kobzev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yevgeni Turbin yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektoru ispaniyalı Bernardino Qonzales Vaskes, UEFA nümayəndəsi isə Paolo Rondelli (San-Marino) olacaq.

Xəbər 545 dəfə oxundu.