Konfederasiyalar Kubokunun ilk finalçısı bəllidir
Rusiyada keçirilən FİFA Konfederasiyalar Kubokunda ilk finalçısı bəlli olub.

Portuqaliya və Çili milli komandalarının qarşılaşmasının əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Əlavə olunmuş 30 dəqiqə ərzində də komandalardan heç biri qapıya yol tapa bilməyib.

Qalib penaltilər seriyasından sonra bəlli olub. Çilinin qapçısı Bravonun inamlı oyunu sayəsində komandası qələbə sevincini yaşayıb. Belə ki, Bravo Portuqaliya millisinin Quaresma, Moutinyo və Nani kimi futbolçularının zərbələrini dəf edib.

Qeyd edək ki, iyunun 29-da keçiriləcək digər yarımfinal qarşılaşmasında Almaniya və Meksika milliləri qarşılaşacaqlar.

Xəbər 524 dəfə oxundu.