Unibank Premyer Liqasında XXIV tura yekun vurulacaq
Bu gün Unibank Premyer Liqasında XXIV tura yekun vurulacaq. İdman.com.az saytının məlumatına görə, “Xəzər Lənkəran”la “Bakı”nın oyunu nəzərdə tutulduğundan bir gün sonra baş tutacaq. Bu da ölkəmizdə hava şəraiti ilə əlaqədar matçın ertələnməyi ilə bağlıdır. Lənkəranlılar “Bakı” ilə oyunda turnir cədvəlində 3-cü pilləni qaytarmaq şansına malikdir. Bunun üçün qalib gəlməli olan cənub klubu həm 1 pillə irəliləyib, “Qarabağ”a 4-cü pillə endirəcək, həm də “İnter”lə xal fərqini minimuma endirəcək.

Həmin vəzifəni isə “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Yunis Hüseynov debüt matında gerçəkləşdirməlidir. Lənkəran təmsilçisinə çempionluq uğrunda mübarizədə lider “Neftçi”dən daha da geri düşməmək üçün ən azı 5 xal fərqi saxlamaq lazımdır. “Bakı” isə mükafatlar uğrunda mübarizədə şansını saxlamaq üçün rəqibi məğlub edib, 5-ci pillədə olan “Qəbələ”yə daha da yaxınlaşmalıdır.

Xəbər 986 dəfə oxundu.