Kamran Şahsuvarlı finala vəsiqə qazanıb
Xarkovda kişi boksçular arasında keçirilən Avropa çempiontında yarımfinal görüşləri başa çatıb.

Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı bu mərhələdə macarıstanlı Zoltan Harcsa ilə qarşılaşıb. Çempionatda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız növbəti döyüşdən də qalib ayrılıb. O, Macarıstan təmsilçisini 4:1 hesabı ilə məğlub edib.

Kamran Şahsuvarlı sabah baş tutacaq finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gələcək.

Xəbər 684 dəfə oxundu.