Bakıda beynəlxalq seminar
23-25 iyun tarixlərdə “Sərhədçi İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Dünya Qoçyu-ryu Okinava Karate-do və Kobudo Növləri Federasiyanın təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr olunmuş açıq Beynəlxalq seminar keçiriləcək və nümunəvi çıxışlar olacaq.

Seminarı Dünya Okinava Qoçyu-Ryu Federasiyasının (İOGKF) baş təlimatçısı Sensey Nakamura Tetsiji və onun asisenti BJKKF, AQOKKNF-nın prezidenti, İOGKF-nın Azərbaycan üzrə baş təlimatçısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Beynəlxalq Kempo-Karate federasiyasının vitse-prezidenti Tarıverdi Allahverdiyev aparacaqlar.

Xəbər 549 dəfə oxundu.