“Lokomotiv” 2-ci dəfə finalda
Bu gün qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu Çellenc kubokunda növbəti görüşə çıxıb. İdman.com.az saytının məlumatına görə, “dəmiryolçular” yarımfinal mərhələsinin əvəz matçında Belçikanın “Gent” klubunu qəbul ediblər.

Oyunun aşkar favoriti “Lokomotiv” olub. Səfərdə 3:0 hesabı ilə qələbə qazanan Draqutin Baltiçin komandası, bu uğuru Bakıda da təkrarlayıb. Rəqibin müqavimətinə baxmayaraq, ona şans verməyən bakılılar, ardıcıl 2-ci dəfə Çellenc kubokunun finalına çıxıb.

Çellenc kuboku. 1/2 final. Cavab matçı
18 mart

17:30. “Lokomotiv” (Azərbaycan) - “Gent” (Belçika) - 3:0 (25:17, 25:22, 25:18)
Hakimlər: Sinisa İsayloviç (Avstriya), Monika Ujnazi (Macaristan)

İlk oyun: “Gent” (Belçika) – “Lokomotiv” (Azərbaycan) - 0:3 (25:27, 24:26, 21:25)

Xəbər 1310 dəfə oxundu.