Formula-1 pilotları Azərbaycan Avtomobil Federasiyasının klassik avtomobilləri ilə
Formula-1 Azərbaycan Qran-Prisində iştirak edən Red Bull Racing komandasının pilotları Daniel Rikkardo və Maks Verstappen bu gün Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi klassik avtomobillərlə Bakıda yürüş ediblər. Onlar daha sonra Heydər Əliyev Mərkəzindəki klassik avtomobil sərgisində fanatları, media nümayəndələri ilə görüşüblər.

Pilotlar Mərkəzdəki klassik avtomobillərlə və fanatları ilə fotosessiya ediblər.

Xəbər 531 dəfə oxundu.