"Formula-1" ilə əlaqədar "Bank VTB (Azərbaycan)"ın "Gənclik" filialı şənbə və bazar günləri də fəaliyyət göstərəcək
İyunun 23-dən 25-dək Bakıda keçiriləcək "Formula-1 Azərbaycan Qran-Pri" yarışı ilə əlaqədar olaraq, "Bank VTB (Azərbaycan)"ın "Gənclik" filialı həftəsonu da işləyəcək. Şənbə və bazar günləri filial saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

Filial müştərilərə bankın bütün xidmətlərini, o cümlədən valyuta mübadiləsi əməliyyatları, təcili pulköçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, məsləhət xidmətlərini göstərməyə davam edəcək.

Gücləndirilmiş iş qrafikinə keçid müştərilərin, o cümlədən Qran-Pri avtomobil yarışları zamanı şəhərdəki qonaqların maksimal komfortu və rahatlığını təmin etmək məqsədilə nəzərdə tutulub.

Qeyd edək ki, "Gənclik" filialı eyniadlı metro stansiyasının çıxışında, M.K.Atatürk prospekti 2 ("Ganjlik Mall" Ticarət Mərkəzi ilə üzbəüz) ünvanında yerləşir.

Xəbər 541 dəfə oxundu.