Bu gün FIFA Konfederasiyalar Kuboku turnirində qrup mərhələsinin ikinci turunun oyunları keçiriləcək
İyunun 21-də Rusiyada keçirilən FIFA Konfederasiyalar Kuboku turnirinin qrup mərhələsinin ikinci turunun oyunları keçiriləcək.

Gün ərzində keçiriləcək qarşılaşmada “A” qrupunda yer alan komandalar qarşılaşacaqlar.

İlk oyunda turnirin autsayderi hesab olunan Yeni Zelandiya futbolçularına 2:0 hesabı ilə qalib gələn ev sahibi Rusiya millisi Portuqaliya yığmasını qəbul edəcək. Digər matçda isə Meksika və Yeni Zelandiya milliləri üz-üzə gələcək.

Rusiya millisi hazırda qrupun lideridir. Portuqaliya yığması isə turnirdəki ilk oyununda Meksika üzərindəki qələbəni son anda əldən verərək xalları yarı bölüb.

Çempionatın final görüşləri iyulun 2-də keçiriləcək.

Xəbər 789 dəfə oxundu.