Ağdamın “Qarabağ” klubu Avstriyada ilk yoxlama oyununu keçirib
Avstriyada təlim-məşq toplanışını davam etdirən Ağdamın “Qarabağ” futbol klubu ilk yoxlama oyununu keçirib.

Komandamız Rusiyanın “Axmat” klubu ilə qarşılaşıb.

İlk hissədə hər iki komanda hesabı açmağa yaxın olsa da, fərqlənə bilməyib. Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissənin sonuna 2 dəqiqə qalmış rəqib hesabı açıb.

Beləliklə, görüş “Axmat”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 615 dəfə oxundu.