“Zirə” futbol klubu Rumıniya çempionuna məğlub olub
“Zirə” futbol klubu Türkiyə toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Komandamız Rumıniya çempionu “Vitorul”la üz-üzə gəlib.

Oyuna yaxşı başlayan “Zirə” artıq üçüncü dəqiqədə hesabı açıb. Pressinq nəticəsində Viktor İqbekoyi topu rəqibdən alıb Orxan Əliyevə ötürüb. O.Əliyev isə 3-cü yoxlama oyununda da fərqlənməyi bacarıb. Fasiləyə qədər “qartallar” rəqib qapısına daha bir dəfə yol tapıblar. “Zirə”nin heyətində ilk oyununu keçirən David Manqanın yerinə yetirdiyi cərimə zərbəsindən sonra qapı tirinə dəyən top çərçivəni keçsə də, baş hakim mərkəzi göstərməyib.

Fasilədən sonra hər iki komandanın baş məşqçisi əsas heyətin əksər üzvlərini dəyişiblər. Nəticəyə gəlincə 2 qol vuran “Vitorul” qələbə qazanıb. Bir epizodda isə Kamal Bayramov rəqibin 11 metrlik cərimə zərbəsindən fərqlənməsinə imkan verməyib.

Beləliklə, qarşılaşma “Vitorul”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 593 dəfə oxundu.