“Zirə” komandası Kamerunun “Kolumbe Sportivo” klubunun qapısından səkkiz cavabsız top keçirib
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” futbol klubu ikinci yoxlama oyununu keçirib.

Komandamız Kamerunun “Kolumbe Sportivo” klubu ilə üz-üzə gəlib.

Oyuna sürətli başlayan “qartallar” erkən qollarla rəqibi sarsıdıblar. “Zirə”nin yeni transferi Kervens Belfor ilk 5 dəqiqədə dublunu rəsmiləşdirib. Fasiləyə qədər Riçard Qadze 2, Təmkin Xəlilzadə və Orxan Əliyev isə bir qola imza atıblar. İlk yarı “Zirə”nin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

İkinci hissədə isə Sadiq Quliyev və Müşfiq İlyasov rəqib qapısına yol tapıblar. “Zirə” kamerunlular üzərində 8:0 hesablı qələbə qazanıb.

İlk yoxlama oyununda Bakı “İnter”ini 2:0 hesabı ilə məğlub edən “Zirə” iyunun 20-də keçiriləcək sonuncu yoxlama oyununda Rumıniyanın “Vitorul” klubu ilə üz-üzə gələcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xəbər 586 dəfə oxundu.