Kaxaber Sxadadze: Son oyunlarda erkən qollar buraxırıq
“Son 2 oyunda qapımızdan 4 qol buraxmışıq. Bu qollardan 3-ü standart vəziyətlərdən vurulub”. İdman.com.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze Unibank Premyer Liqasının XXIV turunda “Neftçi” ilə oyundan sonra deyib. Gürcüstanlı mütəxəssis, 1:2 hesablı məğlubiyyətdə əsas səbəb kimi son oyunlarda erkən qollar buraxmalarını göstərib:

“Bunun səbəbini mən də bilmirəm. Yarımmüdafiədə müəyyən problemlərimiz olduğundan oyunun gedişində dəyişikliklər etdim. Görünür, futbolçularımın oyunlara köklənməsi zəifdir. Bununla belə, qarşıda hələ 8 qarşılaşma var. Bu görüşlərə daha ciddi hazırlaşacağıq”.

Xəbər 905 dəfə oxundu.