“Samtredia” klubunun baş məşqçisi: Azərbaycan çempionu “Qarabağ” güclü komandadır
“Azərbaycan çempionu “Qarabağ” çox güclü komandadır.

Bu sözləri Azərbaycan çempionunun rəqibi Gürcüstanın “Samtredia” klubunun baş məşqçisi Georgi Tsetsadze deyib.

Georgi Tsetsadze bildirib: “Amma biz asanlıqla təslim olmaq niyyətində deyilik. Düzdür, ötən il Azərbaycanın “Qəbələ” klubu bizi mübarizədən kənarlaşdırmışdı. Növbəti dəfə Azərbaycan klubu ilə qarşılaşacağımız üçün təəssüflənmirəm. Çünki daha güclü rəqiblərlə üz-üzə gələ bilərdik. Artıq Azərbaycan komandaları ilə oyun təcrübəmiz var və mərhələ keçə bilərik”.

Xəbər 613 dəfə oxundu.