“Qarabağ” klubu Rusiyanın “Axmat” komandası ilə yoxlama oyunu keçirəcək | |
Avstriyada yeni mövsümə hazırlığını davam etdirən Ağdamın “Qarabağ” futbol klubu iyunun 20-də ilk yoxlama oyununu keçirəcək. Ağdam təmsilçisi Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq. Kössen qəsəbəsində baş tutacaq qarşılaşma yerli vaxtla saat 17:00-da start götürəcək. Qeyd edək ki, bir müddət öncə “Terek” klubu adını dəyişdirərək “Axmat” olub. |
|
Xəbər 581 dəfə oxundu. |
|
|