Konfederasiyalar Kuboku : Portuqaliya Meksika ilə bacarmadı | |
İyunun 18-də 10-cu Konfederasiyalar Kuboku turnirinin ikinci gününə Portuqaliya-Meksika oyunu ilə start verilib. Kazan şəhərində keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Portuqaliya millisi 34-cü dəqiqədə Kuarejma və 86-cı dəqiqədə Sedrikin qolları ilə hesabda iki dəfə irəli keçsə də, Meksika komandası Çiçarito (42) və Moreno (90+1) ilə hesaba tarazlıq gətirib. Bu qrupun ilk matçında meydan sahibi Rusiya millisi Yeni Zelandiya kollektivini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. |
|
Xəbər 598 dəfə oxundu. |
|
|