Futtenis üzrə birinci Azərbaycan kuboku start götürüb
İyunun 17-də Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətinin zalında futtenis üzrə birinci Azərbaycan Kubokuna start verilib.

Azərbaycan Futnet Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 10 komanda yarışır. Komandalar iki qrupda mübarizə aparırlar. Qruplarda ilk 4 yeri tutan kollektivlər dörddəbir final mərhələsinə vəsiqə əldə edəcəklər.

Yarışda “A” qrupunda Yasamal, Xəmsəfans-Gəncə, Atletiko, Hell Energy, Qatar, “B” qrupunda isə Yeni Günəşli, Baku Fire, Marafon, Veteranlar və Neftçi komandaları qalib adı uğrunda mübarizə aparırlar.

Xəbər 557 dəfə oxundu.