Qaxda sərbəst güləş üzrə turnirdə 200-dən çox idmançı qüvvəsini sınayıb
Qax Olimpiya İdman Kompleksində Əməkdar məşqçi Nəsrullah Məmmədovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə turnirə yekun vurulub.

İki gün davam edən yarışda Bakı, Gəncə, Yevlax şəhərlərini, həmçinin Ağdam, Şəki, Oğuz, Zaqatala, Balakən və Qax rayonlarını təmsil edən 208 yeniyetmə güləşçi qüvvəsini sınayıb. İdmançılar 11 çəki dərəcəsində mübarizə aparıblar.

Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən xatirə turnirinin yekununda hər çəki dərəcəsi üzrə fərqlənən idmançılar mükafatlandırılıblar.

Xəbər 916 dəfə oxundu.