Azərbaycan boksçularının Avropa çempionatındakı rəqibləri məlum olub
Xarkovda keçiriləcək boks üzrə Avropa çempionatının püşkü atılıb.

40 ölkədən 258 idmançının qatıldığı yarışda Azərbaycan yığmasının üzvlərinin rəqibləri müəyyənləşib.

Millimizin heyətində 2 boksçumuz 1/16, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar:

18 iyun

1/16 final. Cavid Çələbiyev (60 kq) - Edqaras Skurdelis (Litva)

1/16 final. Eldar Quliyev (81 kq) – Müslim Hacımaqomedov (Rusiya)

19 iyun

1/8 final. Məsud Yusifzadə (49 kq) – Nazar Kurotçin (Ukrayna)

1/8 final. Elvin Məmişzadə (52 kq) – İstvan Şaka (Macarıstan)/Manuel Fabritsio Kappai (İtaliya)

1/8 final. Lorenzo Sotomayor (64 kq) – Vahid Hambli (Fransa)/ Fredi Çiobanu (Rumıniya)

1/8 final. Pərviz Bağırov (69 kq) – Anas Messaudi (Belçika)/ Simyon Çamov (Bolqarıstan)

1/8 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Aleksandr Kaleyev (Belarus)/Petar Belberov (Bolqarıstan)

20 iyun

1/8 final. Tayfur Əliyev (56 kq) - Severlan Çiladze (Gürcüstan)/Antoni Ceyms Uolker (İrlandiya)

1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Bartoş Qolebiyevski (Polşa)/Emmet Brennan (İrlandiya)

1/8 final. Abdulqadir Abdullayev (91 kq) – Şott Antoni Forrest (Şotlandiya)/Zoran Radiç (Serbiya).

Qeyd edək ki, iyunun 16-20-də ilkin döyüşlər keçiriləcək. “Lokomotiv” İdman Sarayında təşkil olunacaq çempionatda iyunun 21-də dörddəbir final mərhələsinin görüşləri baş tutacaq. Növbəti gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər iyunun 23-də oynanılacaq. Yarışın sonuncu günündə – iyunun 24-də isə qaliblərin adları bilinəcək.

Xəbər 737 dəfə oxundu.