“Qarabağ” klubu yeni mövsümə hazırlığın ikinci mərhələsinə start verib
"Qarabağ" futbol klubu bu gündən 2017/2018-ci il mövsümünə hazırlığın ikinci mərhələsinə start verib.

Komanda günorta saatlarında Bakı-İstanbul-Zalsburq reysi ilə Avstriyaya yola düşüb. Millinin heyətlərində olan futbolçular iyunun 20-də komandaya qoşulacaqlar.

Yerli vaxtla komandamızın saat 18:00-da Zalsburqa çatacağı gözlənilir. Komanda ötən illərdə olduğu kimi Almaniya–Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq.

Xəbər 553 dəfə oxundu.