Azərbaycan şahmat üzrə dünya çempionatında komandasının heyətini açıqlayıb | |
Xantı-Mansiyskdə kişilər və qadınlar arasında şahmat üzrə dünya komanda çempionatları start götürür. Dairəvi sistem üzrə keçirilən çempionatların hər birində 10 komanda iştirak edəcək. Azərbaycan yalnız qadınlardan ibarət komandaların yarışında təmsil olunacaq. Azərbaycan yığması (2329) çempionata Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Xanım Balakişiyevadan ibarət özünün ən güclü heyəti ilə qatılacaq. Komandamızın rəqibləri Rusiya (2508), Çin (2499), Gürcüstan (2459), Hindistan (2417), Polşa (2415), Ukrayna (2406), ABŞ (2324), Vyetnam (2323) və Misir (1994) komandalarıdır. Kişi və qadın şahmatçıların komanda çempionatlarında yalnız hazırda dünya çempionu olan komandalar; sonuncu Olimpiadada 1-3-cü yerləri tutan komandalar, dörd qitə çempionları olan komandalar; təşkilatçı ölkənin komandaları: FIDE prezidentinin nominantı olan komandalar iştirak edirlər. Rusiya komandaları hər iki çempionatın reytinq favoritidir. Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçiriləcək. Püşkatma açılış mərasimində olacaq. Vaxta nəzarət: ilk 40 gedişə 90 dəqiqə + birinci gedişdən başlayaraq oyunun sonuna qədər hər bir gediş üçün əlavə 30 saniyə. Sonuncu tur iyunun 26-da keçiriləcək. |
|
Xəbər 679 dəfə oxundu. |
|
|