Rəqib məğlubiyyətdən nəticə çıxarıb
“İlk oyunda məğlub olsaq da, Bakıda qələbə üçün oynayacağıq. Buna haradasa əminliyim var”. İdman.com.az saytının məlumatına görə, bunu Belçikanın “Gent” voleybol klubunun baş məşqçisi Stijn Morana deyib.

O, Çellenc kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Lokomotiv”lə bu gün baş tutacaq matça döyüşkən heyət çıxacağını deyib: “Heyətimiz əsasən gənclərdən ibarətdir. İlk oyundan nəticə çıxarıblar və bunun onlar üçün faydalı olacağına inanıram”.
Qeyd edək ki, “Lokomotiv” səfərdə 3:0 hesabı ilə qələbə qazanıb.

Xəbər 900 dəfə oxundu.