Formula-1 Azərbaycan Qran-Prisinin könüllüləri üçün sonuncu təlim təşkil olunub
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 16-da Formula-1 Azərbaycan Qran-Prisinin könüllüləri üçün “Məkanla tanışlıq” adlı ikigünlük təlimə başlayıb.

Təlimin keçirilməsində məqsəd könüllülərin məkanla tanışlığını təmin etməkdir. Təlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarətdir. İlk hissədə könüllülərə təyin olunduqları məkanlarla bağlı təqdimat göstərilib. Daha sonra könüllülər həmin məkanlarla praktiki tanış olublar. Bundan başqa, təhlükəsizlik qaydalarının pozulması hallarında, eyni zamanda təhlükəli hadisələr baş verdikdə görüləcək ilk tədbirlər haqqında könüllülərə məlumat verilib.

Təlimin ilk günündə iki, iyunun 17-də isə dörd zonanın könüllüləri daxil olmaqla, ümumilikdə 3 min nəfər iştirak edəcək.

BŞH-nin İnsan resursları və işçi qüvvəsi şöbəsinin əlaqələndiricisi Sevinc Cəfərova təlimin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Məkan təlimləri könüllülərin hazırlığı prosesində sonuncu mərhələdir. Tribunalar və müxtəlif yarış obyektləri haqqında könüllülərin öncədən məlumatlandırılması onların Qran-Pri zamanı işlərini uğurla həyata keçirməsində mühüm rol oynayacaq. Məkanla tanışlıq təlimlərindən sonra könüllülər rəsmi olaraq işləyəcəkləri şöbələrdə fəaliyyətlərinə start verəcəklər”.

Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisi iyunun 23-25-də Bakıda təşkil olunaca

Xəbər 552 dəfə oxundu.