Emin Cəfərquliyev “Səbail”də
Premyer Liqada debüt edəcək “Səbail” klubu transfer çalışmalarını davam etdirir.

27 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb.

Son olaraq AZAL klubunda kapitanlıq sarğısını daşıyan E.Cəfərquliyev millimizin heyətində də çıxış edib.

Müdafiəçi, həmçinin “Neftçi”, “Bakı”, “Karvan”, MOİK, “Simurq”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Şuşa”nın da formasını geyinib.

Xəbər 673 dəfə oxundu.