“Neftçi İdman Klubu”nun gimnastları Acarıstan Muxtar Respublikasının açıq birinciliyində uğurla çıxış ediblər
Batumidə akrobatika gimnastikası üzrə Acarıstan Muxtar Respublikasının açıq birinciliyi təşkil olunub. Yarışda 12-18 yaşlı idmançılar öz bacarıqlarını nümayiş etdiriblər.

“Neftçi İdman Klubu”nun gimnastları da birinciliyə qatılıblar və yarışdan medallarla ayrılıblar.

Elvira Hüseynova, Tünzalə Daşdəmirova və Ceyla Zakiryayevadan ibarət qadın üçlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səmra Əsgərzadə, Mina Beydıyeva və Safiya Babayeva üçlüyü isə yarışın gümüş medalına layiq görülüb. Aygün Əhmədova və Ayla Zakiryayevadan ibarət cütlük isə qızıl medal qazanıb.

Xəbər 717 dəfə oxundu.