AFFA-nın baş katibi: Baş məşqçi Robert Prosineçki ilə müqavilənin müddəti cari ilin sonunda başa çatacaq
Baş məşqçi Robert Prosineçkinin AFFA ilə müqaviləsi var və həmin anlaşma bu ilin sonunda başa çatacaq.


Bu sözləri müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib vurğulayıb ki, Türkiyə mətbuatında Robert Prosineçkinin “Bursaspor” futbol klubu ilə anlaşdığı barədə məlumatlar yer alır. R.Prosineçki peşəkar insandır və müqaviləmizə hörmətlə yanaşır. Türkiyə mətbuatında qeyd olunanlar həqiqəti əks etdirmir.

“Təcrübə göstərir ki, hər hansı yığma komanda və klub müqaviləsi olan məşqçi ilə əməkdaşlıq etmək istəyirsə, ilk növbədə, yerli federasiya və klub ilə danışıqlara başlamalıdır. Bundan sonra isə məşqçi ilə danışıqlara start verməlidir. Əgər “Bursaspor” rəhbərliyi danışıqları birbaşa baş məşqçi ilə aparırsa və dünya çempionatının seçmə mərhələsinin davam etdiyini nəzərə alsaq, bu, qeyri-etik haldır”, - deyə Elxan Məmmədov əlavə edib.

AZƏRTAC

Xəbər 683 dəfə oxundu.