“Bakı” finalın bir addımlığında
Bu gün qadın voleybolçulardan ibarət “Bakı” klubu Çellenc kubokunun 1/2 final mərhələsində cavab görüşünə çıxacaq. İdman.com.az saytının məlumatına görə, Ancelo Vercesinin rəhbərlik etdiki komanda Almaniyada 3:0 hesabı ilə məğlub etdikləri “Zuhl”lə bu dəfə “Sərhədçi” Olimpiya Mərhəzində qarşılaşacaq.

Mütəxəssislər, ötən mərhələdə Rusiya “Omiçka”sını üstələmiş “Bakı” klubunun finala çıxmasında elə bir maneə görmürlər. Onlar kollektiv mübarizə aparan paytaxtlılarda baş məşqçi amilini xüsusi nəzərə alırlar.

Çellenc kuboku. 1/2 final. Cavab oyunu
18 mart

20:00. “Bakı” (Azərbaycan) - "Zuhl" (Almaniya)
Hakimlər: Aleksey Skibitski (Ukrayna), Oqnian Tankişev (Bolqarıstan)

İlk oyun: "Zuhl" (Almaniya) – “Bakı” (Azərbaycan) - 0:3 (24:26, 19:25, 17:25)

Xəbər 1047 dəfə oxundu.