“Neftçi” klubu iki futbolçu ilə transferi rəsmiləşdirib
“Neftçi” klubu iki futbolçu ilə transferi rəsmiləşdirib.

Müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli ilə müqavilə imzalanıb.

İyirmi altı yaşlı M.Mirzəbəyov 2015-ci ildən etibarən Azərbaycan milli komandasının heyətində 15 oyun keçirib.

2011-2013-cü illərdə “Neftçi”də çıxış etmiş 23 yaşlı R.Əzizli isə 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.

Xəbər 767 dəfə oxundu.