“Qarabağ” klubu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib
Ağdamın “Qarabağ” futbol klubu ölkə çempionatlarında ardıcıl dördüncü dəfə çempion olmaqla, ümumilikdə bu sayı beşə çatdırıb. Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur.

“Qarabağ” bu praktikadan yararlanaraq loqosunun üzərinə 1 ulduz əlavəsi istiqamətində fəaliyyətə başlayıb.

Klubun loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK” ilə əvəzlənməsidir.

Klub bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə də müraciət edib.

Xəbər 614 dəfə oxundu.