Karlos Sayns Bakıda “Formula-1” yarışlarının start cədvəlində üç mövqeyini itirəcək
“Toro Rosso”nun pilotu Karlos Sayns “Formula-1” Kanada Qran-prisinin birinci dövrəsində Romen Qrojanın maşını ilə toqquşandan sonra idarəni itirərək Felipe Massanın “FW40” markalı bolidinə çırpılıb və bununla da yürüşün həm özü, həm də braziliyalı üçün başa çatmasına səbəb olub.

Kanada Qran-prisinin hakimləri bu hadisəni araşdıraraq, “Formula-1”in Azərbaycanda keçiriləcək növbəti yürüşünün start cədvəlində K.Saynsı üç yerin itirilməsi ilə cəzalandırmaq barədə qərar qəbul ediblər.

Bundan əlavə, K.Saynsın lisenziyasına iki cərimə balı əlavə ediləcək. İspaniyalı cari 12 ay ərzində yeddi cərimə balı toplayıb. Reqlamentə görə, yürüşçü bir il ərzində 12 cərimə balı toplasa, bir mərhələdən kənarlaşdırılmalıdır.

Daha əvvəl K.Sayns bildirib ki, toqquşmadan əvvəl çətin keçilən zonada R.Qrojanın maşınını sadəcə görməyib.

Xəbər 626 dəfə oxundu.