Gənc ağır atletlərimiz dünya çempionatına yollanıblar
İyunun 15-23-də Yaponiyanın paytaxtı Tokioda ağır atletika üzrə 43-cü kişilər və 23-cü qadınlar arasında gənclərin dünya çempionatı keçiriləcək.

Yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Tokionun “Kishi Memorial Hall” Kompleksində keçiriləcək çempionatda 4 gənc atletimiz medal mübarizəsinə qoşulacaq. Turnirdə ölkəmizi Məhəmməd Məmmədli, Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq) və Hüseyn İsmayılov (94 kq) təmsil edəcəklər.

Xəbər 689 dəfə oxundu.