“Qalatasaray” klubu mərakeşli futbolçu ilə razılığa gəlib
İstanbulun “Qalatasaray” futbol klubu transfer çalışmalarını davam etdirir.

İstanbul təmsilçisi Kiyevin “Dinamo” komandasının yarımmüdafiəçisi Yunes Belhanda ilə razılığa gəlib.

“Qalatasaray”ın idman direktoru Cenk Ergün Mərakeşə gedərək futbolçu ilə danışıqlar aparıb. Transferin reallaşması üçün “Dinamo”nun da razılığını almaq lazımdır.

Qeyd edək ki, mərakeşli futbolçu ötən mövsümü icarə əsasında “Nitsa”da keçirib.

Xəbər 629 dəfə oxundu.