Rəqib baş məşqçi: “Onlar gözəl oynadılar”
“Bu bizim ilk oyunumuz idi. Komandaya uşaqlar müxtəlif klublardan dəvət olunublar və birlikdə cəmi 4 məşq keçmişik”. Apasport.az saytının məlumatına görə, bunu ABŞ-ın AİA basketbol klubunun baş məşqçisi Damian Lonq deyib.

Təcrübəli mütəxəssis Bişkekdə keçirilən beynəlxalq turnirdə Azərbaycanla oyun barədə danışıb. O bildirib ki, 72:84 hesabı ilə uduzsalar da, yetirmələrindən razı qalıb: “Komandam pis oynamadı. Düzdür, bundan da yaxşı çıxış edə bilərdilər. Azərbaycan millisinə isə çox saq ol deyirik. Onlar gözəl oynadılar, qarşılaşma maraqlı alındı”.

Xəbər 1333 dəfə oxundu.