Bakıda atletika üzrə beynəlxalq turnir keçirilir
İyunun 9-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Əfqan Səfərovun xatirəsinə atletika üzrə beynəlxalq turnir təşkil olunub.

Yarışda Azərbaycan ilə yanaşı, Gürcüstan, Bəhreyn və İran idmançıları birincilik uğrunda mübarizə aparırlar.

Final xarakteri daşıyan yarışda atletlər müxtəlif məsafələrə qaçış, tullanma, nizəatma və nüvəitələmə yarışlarında güclərini sınayırlar.

Xəbər 1376 dəfə oxundu.