Foqts bu gün hansı matçı izləyəcək?
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Unibank Premyer Liqasının 1 oyununu canlı izləyəcək. İdman.com.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis XXIV tur çərçivəsində keçiriləcək “İnter” – “Neftçi” oyununa baxacaq.

Onun köməkçisi Nazim Süleymanov isə “Qarabağ” – “Qəbələ” matçını izləyəcək.
Qeyd edək ki, sözü gedən qarşılaşma saat 16:00-da “Şəfa” stadionunda baş tutacaq.

Xəbər 901 dəfə oxundu.