Sərbəst güləşçilərimiz Tbilisidə Qızıl Qran-Pri turnirində iştirak edəcəklər
İyunun 10-11-də Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran-Pri turniri keçiriləcək. Turnirdə sərbəst güləş yığmamızın üzvləri iştirak edəcəklər.

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirə 10 güləşçimiz yollanır.

Heyətdə Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov (hamısı 57 kq), Qalib Əliyev (61 kq), Pənah İlyaslı (65 kq), Teymur Məmmədov, Coşqun Əzimov (hər ikisi 70 kq), Kənan Əliyev, Murad Xaliqov və Aleksandr Qostiyev (hamısı 86 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.

Xəbər 1066 dəfə oxundu.